Günəş Su Nasosları
- Əsas
- Məhsullarımız
- Günəş Su Nasosları
Davamlı və yaşıl gələcək naminə
təqdim etdiyimiz məhsullar
750W – 4 kW solar nasoslar
750W – 4 kW gücündə solar nasoslar, günəş enerjisi ilə birbaşa qidalanan, yüksək performanslı və enerji sərbəstliyi yaradan su nasosu sistemləridir. Bu nasoslar MPPT texnologiyalı solar sürücü vasitəsilə günəş panellərindən gələn enerjini maksimum dərəcədə effektiv şəkildə istifadə edir və gün ərzində stabil su axını təmin edir. Akkumulyator tələb etmədən işləmə imkanı sistemin həm quruluşunu sadələşdirir, həm də xərcləri azaldır. Nasoslar həm DC, həm də AC motorlarla tam uyğun işləyə bilir. Güclü mühərrik sistemi sayəsində yüksək qaldırma hündürlüyü (20–180 m) və geniş su axını (1.5–30 m³/saat) təmin edir. Həm səthi, həm də dərin quyu modelləri mövcuddur. Əsas üstünlüklər: ✔ Tam günəş enerjisi ilə işləmə – elektrik məsrəfi sıfır ✔ MPPT controller ilə maksimum gündəlik su çıxışı ✔ Stabil işləmə – zəif günəşdə belə nasos dayanmaz ✔ Yüksək su qaldırma hündürlüyü və güclü debi ✔ Aşırı gərginlik, qısaqapanma və qızma qoruması ✔ Akkusuz işləmə — minimum texniki xidmət ✔ Uzunömürlü motor və paslanmaya qarşı materiallar 750W modellər – yüngül və orta yük üçün idealdır. 1.5–2.2 kW modellər – balanslı güc və yüksək effektivlik təmin edir. 3–4 kW modellər – güclü su axını və uzaq qaldırma tələb edən proseslər üçün ən optimal seçimdir.