İnvertorlar
- Əsas
- Məhsullarımız
- İnvertorlar
Davamlı və yaşıl gələcək naminə
təqdim etdiyimiz məhsullar
Hybrid invertorlar
Hybrid invertorlar həm On-Grid, həm də Off-Grid sistemlərinin funksiyalarını özündə birləşdirən ən çox yönlü və qabaqcıl enerji idarəetmə cihazlarıdır. Bu invertorlar günəş enerjisini eyni anda həm şəbəkəyə ötürə, həm də batareyaları doldura bilir. Elektrik kəsintisi zamanı sistem avtomatik olaraq batareya rejiminə keçir və istifadəçiyə fasiləsiz enerji verir. Hibrid sistemlər enerji istehlakı, enerji saxlama və şəbəkə dostu istehsal arasındakı balansı ağıllı şəkildə idarə edir. Smart EMS (Energy Management System) texnologiyası sayəsində istifadəçi enerji prioritetlərini təyin edə bilər: – əvvəlcə günəş enerjisi istifadə olunsun, – artıq qalan enerji batareyaya yığılsın, – şəbəkə yalnız ehtiyac olduqda işə düşsün. Bu invertorlar yüksək MPPT səmərəliliyi, çox enerji mənbəyi dəstəyi, yüksək yük daşıma qabiliyyəti və dünyanın ən sərt şəbəkə standartlarına uyğunluğu ilə seçilir. Həmçinin Wi-Fi, LAN və bulud monitorinqi vasitəsilə istifadəçi enerji istehsalını real vaxtda izləyə və optimallaşdıra bilər. Hibrid invertorlar evlər, ofislər, server otaqları və hər növ kommersiya layihələri üçün gələcəyin enerji həllidir.